YTP Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda texnoparkın rezidenti statusu almaq üçün YTP -yə müraciət etmiş 4 qurumun məsələsinə baxılıb.
Müraciət edən qurumlar bunlardır:
1. ADNSU;
2. Azerconnect Group Solutions MMC;
3. SOCAR GREEN MMC;
4. GOFAR MMC.
Bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Ekspert vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, texnopark rezidenti statusunun verilməsi üçün əsas səlahiyyətli orqan məhz Texnoparkın Ekspertlər Şurasıdır.
“Ekspertlər Şurası təqdim olunan layihələrin texnopark profilinə uyğunluğu, elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə əlaqəsi, eləcə də innovasiya yönümlü olması barədə rəy verir.
Ekspertlər Şurasının toplantısında iddiaçıların səlahiyyətli nümayəndələri qısamüddətli təqdimatlar ediblər.
Hər bir layihə ətrfaında müzakirələr aparılıb, səsvermə keçirilib və yekun qərarlar qəbul edilib.
Rezident statusu ilə bağlı Şəhadətnamə Ekspertlər Şurasının müsbət rəyi əsasında YTP tərəfindən təqdim ediləcək.
Hazırda YTP-də 13 rezident fəaliyyət göstərir.
Texnopark rezidenti statusunu əldə edənlər 10 il əmlak, torpaq və mənfəət vergisindən azaddır və gömrük imtiyazlarına malikdir”, – deyə o qeyd edib.
JASMİN