…İaşə xidmətlərində, adətən, qiymət keyfiyyətə bağlı olmalıdır. Bura həm də insaf da əlavə edilməlidir ki, sonradan səsi başqa yerlərdən çıxmasın.
Budur, fb istifadəçi Aydan Yusifzadə “Kəndimiz-Mərdəkan”la bağlı gileyini belə bölüşüb: “Hərkəsə salam. Şikayət yox, sadəcə yaşadığımız şoku sizinlə bölüşmək istəyirəm.
Getdiyimiz yerdəki qiymətlərdən xəbərimiz var idi, o bir kənara, amma öyrəşmişik ki, qiymət (çox vaxt) keyfiyyətə uyğun olsun. Personal 0, qulluq 0. Bir çox şey sifariş etdikdə masaya gələn an ofisiant: “Bundan yox idi, ona görə əvəzinə bunu gətirdim” deyirdi, məsləhətləşmədən. Bir neçə dəfə təkrarlandı bu hal. Ardınca tortu kəsmək istəyəndə bizə kir içində, ət iyi verən bıçaq gətirdilər. 2 dəfə dedik ki, təmizini gətirin, əvəzinə bir müddət gözləyəndən sonra daha özümüz ordan-burdan bıçaq tapdıq. Pomidor- xiyar assorti çox vaxt bir yerdə hesablanır (menyuda elə idi), amma burada cılız xiyarın birini 3 manatdan, xüsusi vurğulu Şəmkir pomidorunun bir ədədini 4 manatdan, kilosu 1 manat olan soğanın dənəsini 1 manata və pomidor-yumurtaya əlavə olunan bibəri bibər kababı kimi saymaları bizi şoka saldı

Bir o qaldı ki, yumurtanı ayrı, yağı da ayrı saysınlar

Onu da deyim ki, adam heç olmasa restoranda yeyəndə həzz alar, amma yeməklər o qədər dadsız idi ki, 1 qəpiyə belə dəyməzdi…”.
Tezadlar.az-dan: Yaxşı, bəs insaf, bəs mürvət? Müştəriyə niyə bəzi hallarda qaz kimi baxırlar? Yolmağa başqa nəsə yoxdur ki?!