16 İyun 2026 / 19:10

Kukurelya “Barselona”nın büdcəsinə töhfə verdi

“Barselona” 27 yaşlı “Çelsi” müdafiəçisi Mark Kukurelyanın “Real Madrid”ə transferi üçün 1 milyon avrodan çox pul alacaq.

Tezadlar.az xəbər verir ki,  FIFA qaydalarına görə, transfer haqqının 5%-i oyunçunun inkişafına töhfə verən klublar arasında bölüşdürülür. Buna görə də katalonlar 1,35 milyon avro qazanacaqlar.

Kukurelya “La Masia” akademiyasının yetirməsidir. O, 14-20 yaşları arasında “Barselona”nın gənclər sistemində altı il keçirib və bu da Kataloniya klubunu ödənişlərin əsas alanlarından birinə çevirib. “Barselona”dan əlavə, “Espanyol”, “Xetafe” və “Brayton” da kompensasiya alacaq.

Xatırladaq ki, “Real Madrid” daha əvvəl Mark Kukurelyanın 60 milyon avroya transferini açıqlayıb. Futbolçu hazırda İspaniya milli komandasında 2026-cı il dünya çempionatında iştirak edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!