16 İyun 2026 / 20:24

SON DƏQİQƏ: ABŞ və İran arasında müqavilə bu şəhərdə imzalanacaq

İran və ABŞ arasında əldə edilən müqavilənin rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırıldığı bildirilib.

Tezadlar.az xəbər verir ki, İsveçrənin rəsmi xəbər agentliyi olan “Keystone-SDA”-nın məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-İran sazişinin Bürgenştokda imzalanacağı təsdiqlənib.

Açıqlamada bildirilir ki, son bir neçə gün ərzində nümayəndə heyətlərinin İsveçrəyə gəlməsini asanlaşdırmaq və ABŞ ilə İran arasında mümkün anlaşma memorandumu ilə bağlı müzakirələri davam etdirmək üçün ABŞ, İran, Pakistan və Qətərlə sıx əlaqə saxlanılıb.

Bəyanatda Bürgenştokun Pakistan və Qətər vasitəçiləri, eləcə də ABŞ və İran tərəfindən təklif olunduğu və İsveçrənin vasitəçilik rolunu öz üzərinə götürdüyü, görüşün öz ərazisində keçirilməsi üçün lazımi diplomatik və praktiki şəraitin təmin edildiyi qeyd olunub.

İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi İran Parlamenti və Danışıqlar Nümayəndə Heyətinin sədri Məhəmməd Bağır Qalibaf və ABŞ-ın vitse-prezidenti JD.Vensin İranla ABŞ arasında əldə edilən razılaşmanın rəsmi imzalanma mərasimində iştirak edəcəyini bildirmişdi.

ABŞ-İran razılaşması

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın razılığa gəldiyini açıqlayıb.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi də ABŞ ilə razılaşma əldə edildiyini təsdiqləyərək, anlaşma memorandumunun 19 iyunda İsveçrədə imzalanacağını bildirib.

ABŞ prezidenti Donald Tramp İranla sülh müqaviləsinin tamamlandığını, Hörmüz boğazının açılacağını və ABŞ-ın dəniz blokadasının dərhal ləğv ediləcəyini bildirib.

ABŞ-İran razılaşmasının xüsusilə Livanı əhatə edəcəyi barədə açıqlama İsraildə mübahisələrə səbəb olub və İsrailin Baş naziri Netanyahu və müdafiə naziri İsrael Kats Livanın cənubundakı işğal olunmuş ərazilərdən çəkilməyəcəklərini bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!