17 İyun 2026 / 11:15

Niyə Şüşanın işğalında birbaşa məsuliyyəti olan Elbrus Orucov azadlıqdadır?

“Şuşa işğal olunandan 20 gün sonra 777 saylı hərbi hissənin kəşfiyyat rəisi Kərimov Azay Ələsgər oğlunun ibtidai istintaqa verdiyi ilk ifadəsini sizlərə təqdim edirəm”. Bu sözlər Qarabağ döyüşçüsü Ramiz Abışova məxsusdur. O, Şuşanın işğalı ilə bağlı bu və ya digər qaranlıq suallara cavab axtarıb. Tezadlar.az təqdim edir:

n

“…C2, səhifə 139. “…Batalyonlara aşağıdakı şəxslər komandanlıq edirdilər: ərazi batalyonuna (təxminən 200 nəfər) – Fəxrəddin Səfərov, “Qarabağ” batalyonuna (təxminən 500 nəfər) – Tofiq Oğuz, NFA batalyonuna (təxminən 120 nəfər) – Ramiz Qəmbərov. Yevlax özünümüdafiə batalyonuna və ya 872 saylı hərbi hissəyə (təxminən ? nəfər) – Cəlal Verdiyev, xüsusi təyinatlı batalyona və ya 777 saylı hərbi hissəyə – Elçin Məmmədov rəhbərlik edirdi. Bundan başqa, avtorota, artilleriya divizionu və müxtəlif kiçik dəstələrdə daha təxminən 150 nəfər var idi.
Texnika 3 ədəd T-72 tankından, 5 ədəd BMP-1-dən, 4 ədəd BMP-2-dən, 2 ədəd BTR-dən, 2 ədəd BRDM-dən və bir avtomobil rotasından ibarət idi. BMP-2-lərdən biri istisna olmaqla, bütün döyüş texnikası işlək vəziyyətdə idi. Onlar üçün kifayət qədər sursat mövcud idi. Artilleriya vasitələri arasında 2 qurğu BM-21 “Qrad”, 6 ədəd 100 mm-lik top və 2 ədəd 100 mm-lik hərbi nümunəli top var idi. Artilleriya tam işlək vəziyyətdə idi. Onlar üçün sursat ehtiyatı normadan artıq idi. Atıcı silahlar üçün də sursat kifayət qədər, hətta artıq miqdarda mövcud idi.
Həmçinin 20-yə qədər işlək 82 mm-lik minaatan, 6–7 ədəd 23 mm-lik zenit pulemyotu, 1 ədəd 30 mm-lik avtomatik zenit topu, 6 ədəd AGS-17 avtomatik qumbaraatanı, 5 ədəd “Alazan” qurğusu, 30 dəst “Strela” daşınan zenit-raket kompleksi, 3 ədəd stasionar “İqla” zenit-raket qurğusu və təxminən 50 ədəd RPG-7 əl tank əleyhinə qumbaraatanı var idi. Sadalanan bütün silah növləri üçün də kifayət qədər sursat ehtiyatı mövcud idi. Əlavə etmək istəyirəm ki, qarnizonun ümumi döyüş texnikası siyahısına daxil olan daha bir T-55 tankı Kosalar kəndində yerləşirdi…
PS.Bəli dediyim kimi, bu qədər texnikası, silah sursatı olan zabit Şuşanı qoyub qaçırsa, silah, sursatı, texnikanı erməniyə təhvil verirsə onun təpəsinin gülləsi əskikdir. Qeyd olunan texnikaya, silah, sursata malik olan keçmiş 777 hərbi hissənin rəhbərliyi niyə Şüşanın işğalı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmadılar? Niyə Şüşanın işğalında birbaşa məsuliyyəti olan
Elburus Orucov azadlıqdadır? Biz xalq olaraq bu suallara cavab tapsaq, əsl günahkarları müəyyən edə bilərik….”.

Sitatın sonu!

n

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!