Bun gün Nigar Köçərlinin məhkəməsi baş tutub, amma və lakin… Bu barədə Köçərli özünün fb platformasında məlumat paylaşıb. Sitat: “…Liv Bona Dea ilə növbəti məhkəmə iclası bugün baş tutdu. Təkidlə məhkəmədən hadisələrin baş verdiyi yerlərdə olan video görüntünün təqdim edilməsini tələb etməyə davam etdik. Məhkəmə keçən iclasda vəsatətimizi təmin etməsinə və Liv Bona Dea tərəfindən videogörüntülərin təqdim edilməsi barədə qərar çıxarmasına baxmayaraq, Bona Dea rəhbərliyi videogörüntünü gah silindiyini, gah da həmin yerlərdə kameraların olmadığını bildirdi. Liv Bona Dea-nin baş meneceri Taner Özbək hətta bildirdi ki, videoları mövcud idi, amma onun tərəfindən həmin videolarda baxış keçirildikdə o videoda xüsusi heçnə olmadığı müəyyən edildiyinə görə video görüntünü saxlamayıblar. Halbuki mənim əməliyyata aparılmağımın, Şahbaz bəylə xəstəxanadan çıxmağım və digər mənim paylaşımlarım ilə heç bir əlaqəsi videogörüntüləri məhkəməyə təqdim edirlər. Təqdim etdikləri videogörüntülərin mənim paylaşımlarımla heç bir əlaqəsi olmamasından savayı o videogörüntülərdə də xüsusi heç nə yoxdu. Əgər bir yerdə videogörüntülərdə xüsusi heç nə müəyyən edilməyib deyə həmin görüntülər saxlanılmırsa, nəyə görə digər yerdə olan heç bir mənası olmayan videolar məhkəməyə təqdim edilir? Sual odur ki, nə əcəb bəzi videolar saxlanılıb (maraqlı təsadüf: məsələyə heç bir aydınlıq gətirməyən), bəzilər isə silinib (məsələyə tam aydınlıq gətirə bilən)? Üstəlik, yenə iclas zalında Taner Özbək tərəfindən mən də, vəkilim də kobud rəftara məruz qalmışıq. Növbəti iclas iyulun 7-də baş tutacaq…”.