Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İslam Əməkdaşlıq Təşkilatına (İsƏT) üzv dövlətlər infrastrukturun inkişafı üçün xüsusilə ciddi vəsait çatışmazlığı yaşayır, bu da ildə təxminən 290 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş “Regional bağlılığı təmin etmək üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində transsərhəd infrastruktur layihələri” panel müzakirəsində çıxış edərkən bildirib.
“2030-cu ilədək qlobal infrastruktur investisiyalarına olan illik tələbatın təxminən 6,9 trilyon ABŞ dolları məbləğində qiymətləndirilməsinə baxmayaraq, dünya hər il təqribən 2,5–3 trilyon ABŞ dolları məbləğində nəhəng maliyyə çatışmazlığı ilə üzləşir. İsƏT-ə üzv ölkələr üçün bu problem kritik səviyyədədir – vəsait çatışmazlığı hər il təxminən 290 milyard ABŞ dolları təşkil edir. Bu kəsirin əhəmiyyətli hissəsi yol sahəsində (onun payına təqribən 53 % düşür) cəmləşib, eləcə də infrastruktur boşluğunun təxminən 38 %-ni formalaşdıran telekommunikasiya, elektroenergetika və su təchizatı sektorlarındadır”, – nazir qeyd edib.
O vurğulayıb ki, bu kəsiri azaltmaq üçün innovativ yanaşmalar və mexanizmlər tapılmadan bərpa prosesi son dərəcə çətin olacaq: “Hesab edirəm ki, bu həftəki müzakirələrimizin əsas praktiki nəticələrindən biri birgə fəaliyyət mexanizmlərinin hazırlanması və bu maneəni dəf etmək üçün IsDB Qrupunun potensialının digər çoxtərəfli inkişaf bankları ilə birləşdirilməsi olmalıdır”.