17 İyun 2026 / 22:38

Məşhur aktyor doğulduğu evi ziyarət etdi

Kanal D-nin reytinq rekordları qıran “Uzak Şehir” serialının baş rol ifaçısı Ozan Akbaba çəkildiyi digər layihə olan “Çırak” serialının ikinci mövsüm çəkilişləri üçün doğulduğu Kars şəhərinə gedib.

Tezadlar.az xəbər verir ki, məşhur aktyor Karsda olduğu müddətdə dünyaya gəldiyi evi də ziyarət edib. O, evin fotosunu sosial şəbəkə hesabında paylaşaraq duyğusal fikirlərini izləyiciləri ilə bölüşüb.

Ozan Akbaba paylaşımında “25 il sonra doğulduğum evdəyəm. Arxa bağçasındakı otlar, çiçəklər eynidir, qoxuları da dəyişməyib. Qəribə hissdir. Düşünürəm ki, mən çox dəyişmişəm, amma çiçəklər heç dəyişməyib. Yaxşı ki, dəyişməyib” sözlərini yazıb.

Aktyor daha sonra təhsil aldığı ibtidai məktəbə də baş çəkib. Ozan Akbaba məktəbdə şagirdlərlə xatirə şəkilləri çəkdirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!