Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnanılmaz iddialar meydan sulayır… Belə ki, 2 gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsi Kaliforniya ştatındakı Edvards Hərbi Hava Bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Lakin Türkiyə mediası inanılmaz iddia irəli sürüb. Tanınmış hərbi ekspert Ədalət Verdiyev bu iddialara belə şərh verib: “Türkiyə mediası bu təyyarənin İran tərəfindən vurulduğunu iki gündür ki, dərindən müzakirə edir. Kimsə İranın 10 min km aralıda yerləşən, qəza görüntüləri olan bu bombardmançı təyyarənin İranın hansı silahla, nə zaman və necə vurduğuna dair bir dənə sual vermir…”.
Həqiqətən də, əgər İranda belə bir silah varsa, niyə indiyədək, məsələn, İsrailin külünü göyə sovurmayıb?
A.Məmmədli