Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 13:41

Səudiyyə Ərəbistanı və İran nefti daşıyan tankerlər Hörmüz boğazından keçdi

Səudiyyə Ərəbistanından 2 milyon barel xam neft və İrandan təxminən 27.500 barel neft məhsulları ilə yüklənmiş iki tanker bu gün Hörmüz boğazından keçib.

Tezadlar.az xəbər verir ki, ABŞ və İran arasında əldə edilən razılaşmadan sonra diqqət 28 fevraldan bəri kommersiya gəmiçiliyinin dayandığı Hörmüz boğazına yönəlib.

İki ölkə arasında yekun razılaşma üçün 60 günlük danışıqlar müddətini nəzərdə tutan 14 maddəlik razılaşmada deyilir ki, “İran İslam Respublikası kommersiya gəmilərinin Fars körfəzindən Oman körfəzinə və əksinə, yalnız 60 gün müddətində pulsuz və təhlükəsiz şəkildə keçə bilməsi üçün bütün mümkün səyləri və tədbirləri görəcək”.

Kpler analitik şirkətindən toplanan məlumatlara görə, Səudiyyə Ərəbistanından 2 milyon barel xam neft yüklənmiş Awtad tankeri bu gün Hörmüz boğazından keçərək körfəzdən çıxıb. Tanker Cənubi Koreyaya xam neft daşıyır.

İranın İmam Bəndər Xomeyni limanından təxminən 27.500 barel çirklənmiş neft məhsulları ilə yüklənmiş Viraj adlı tanker də Hörmüz boğazından keçib və Birləşmiş Ərəb Əmirliklərinə doğru gedir.

Səudiyyə Ərəbistanının xam neftini daşıdığı güman edilən Şaden və Cəham tankerlərinin də siqnalları söndürülmüş halda Hörmüz boğazından keçdiyi düşünülür. Bu tankerlər hazırda Oman körfəzindədir.

Müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 130 gəmi keçirdi.

Bu rəqəm müharibədən əvvəlki səviyyələrlə müqayisədə 90 faizdən çox azalıb.

Hesablamalara görə, müharibənin ilk 100 günündə Hörmüz boğazından təxminən 1000 ticarət gəmisi keçib ki, bu da gündə orta hesabla 10 gəmi deməkdir.

Hörmüz boğazından keçən ticarət gəmilərinin əksəriyyəti ya İranın ərazi suları daxilində təyin olunmuş “İran marşrutu”nu izləyir, ya da Hörmüz boğazından keçərkən avtomatik identifikasiya sistemlərini söndürür.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!