Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 07:29

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

Kanada yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Qətər millisini 6:0 hesabı ilə darmadağın edib.

Tezadlar.az xəbər verir ki, Vankuverdə keçirilən oyunda qolları Kayl Larin, Conatan Devid (3), Natan Saliba və Məhəmməd Əl-Mannai vurublar.

Qətər yığması görüşü doqquz nəfərlə başa vurub.

B qrupunda Kanada 4 xalla liderdir. Eyni xala malik İsveçrə ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina ilə Qətərin aktivində isə hərəyə 1 xal var.

Son turda Kanada İsveçrə, Qətər isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!