Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 10:41

Konqoda Eboladan ölənlərin sayı 230-u keçib

Konqo Demokratik Respublikasında (KDR) Eboladan ölənlərin sayı 230-u keçib.

Tezadlar.az bildirir ki, ACP xəbər agentliyinin məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba məlumat verib.

O bildirib ki, “Cəmi 896 təsdiqlənmiş Ebola və 232 təsdiqlənmiş ölüm hadisəsi qeydə alınıb ki, bu da təxminən 26% ölüm halını təşkil edir”.

Konqo Demokratik Respublikasının səhiyyə nazirinin sözlərinə görə, 78 xəstə sağalıb.

17 may tarixində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını qlobal səhiyyə fövqəladə vəziyyəti elan edib. Yayılan Bundibugyo ştammı üçün təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur. Buna görə də, təcrid, hidratasiya və ağrıkəsici daxil olmaqla palliativ yardım vacibdir.

Konqo Demokratik Respublikası və Uqandanın üç əyalətində Ebola halları təsdiqlənib. Səhiyyə rəsmiləri və humanitar işçilər maskalar kimi zəruri ləvazimatların çatışmazlığından şikayətlənirlər. Bölgədə həmçinin kifayət qədər tibbi personal yoxdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!