Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) nəqliyyat binasına Ukrayna hərbi dronlarının hücumları nəticəsində ziyan dəydiyi bildirilir.
Tezadlar.az xəbər verir ki, Zaporojye AES-in sosial media hesabında verilən açıqlamada Ukraynanın stansiyanın nəqliyyat bölməsinə ən azı 14 dron hücumu etdiyi bildirilir.
Hücumlardan biri nəqliyyat binasının qaraj hissəsində yanğına səbəb olub və qaraj və texniki xidmət sahəsi binalarında da ziyan olduğu bildirilir.
Açıqlamada əlavə edilib ki, hücumların davam etməsi və araşdırmalara qoyulan məhdudiyyətlər səbəbindən zərərin tam həcmi hələ müəyyən edilə bilmir.
Açıqlamada hücumlarda heç bir ölüm və ya yaralanma olmadığı və stansiya işçilərinin obyektin təhlükəsiz və sabit işləməsini təmin etmək üçün lazımi tədbirləri gördüyü qeyd edilib.
Zaporojye AES Avropanın ən böyük nüvə elektrik stansiyasıdır. Rusiya ordusu Ukraynada müharibənin başlamasından sonra, 2022-ci ilin mart ayında elektrik stansiyasına nəzarəti ələ keçirib.
E.ŞİRİNOV