Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 11:14

Dara sosial şəbəkələrdəki tənqidlərin təsiri ilə Bakıdakı festivala qatılmayacaq – “Avroviziya” qalibi özü açıqlayıb

“Avroviziya-2026” müsabiqəsinin qalibi Dara Bakıda keçirilməsi planlaşdırılan “DreamFest 2026” festivalında iştirakdan imtina edib.

Bu barədə “Songfestival Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, bolqarıstanlı müğənni sosial şəbəkələrdə ona qarşı yönələn kəskin tənqidlərdən sonra qərarını dəyişib.

Məlumata görə, Dara izləyicilərinin və pərəstişkarlarının fikirlərini nəzərə alaraq layihədən çəkildiyini açıqlayıb. Sənətçi festivalda iştirakı ilə bağlı yayılan müzakirələrdən sonra çıxış etməkdən imtina edib.

Hələlik Daranın özü və ya “DreamFest 2026” təşkilatçıları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Dara Vyanada keçirilən yarışmada “Banqaraqa” mahnısı ilə birinci olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!