Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 19:32

Seda Sayan Azərbaycan mahnısı oxudu – VİDEO

Türkiyənin tanınmış müğənnisi Seda Sayan konsert proqramında Azərbaycan musiqisinə müraciət etməsi ilə diqqət çəkib.

Tezadlar.az xəbər verir ki, 63 yaşlı sənətçi səhnədə Azərbaycan dinləyicilərinin sevdiyi klassik əsərlərdən biri olan “Dəşti təsnifi”ni canlı ifa edib. Mahnının sözləri məşhur şair Əliağa Vahidə, musiqisi isə Əlibaba Məmmədova məxsusdur.

Seda Sayanın Azərbaycan musiqisinə yer verməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfa zamanı zalda alqış səsləri yüksəlib və sənətçinin çıxışı rəğbətlə qarşılanıb.

Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Bir çox istifadəçi türkiyəli sənətçinin Azərbaycan musiqisinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!