Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 23:44

Paytaxtın bəzi ərazilərində işıqlar sönəcək

İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, buna səbəb Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 96 saylı yarımstansiyanın 6 kV-luq bölmələrində aparılacaq təmir işləridir.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 00:30-dan 02:30-dək Nəsimi rayonu üzrə Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseynqulu Sarabski və Süleyman Rüstəm küçələrində, həmçinin Vaqif prospektində, Nərimanov rayonu üzrə isə Ceyhun Hacıbəyli və Həsən bəy Əliyev küçələrində, eləcə də Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması mümkün olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!