Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəlib.
Tezadlar.az xəbər verir ki, “Azərsun Arena”nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar.
Oyun Qurban Qurbanovun komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahiblərindən Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade və Mehdi Mütəllimli fərqləniblər.
Qonaqlarda isə George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov diqqət mərkəzinə düşüblər.
Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, “Zirə” isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.