Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub. Tezadlar.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Sitat: “Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”.