Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.
Nazirlikdən Tezadlar.az-a bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə, eləcə də küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə, küləkli hava şəraitində baş vermiş son sudabatma hadisəsi təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha göstərir.
FHN vətəndaşları küləkli hava şəraitində dənizə girməməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
Nazirlik xatırladıb ki, qaydalara biganə yanaşmaq insan həyatı üçün ciddi təhlükə yaradır.
Təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək tövsiyə olunur.