Əsas məzmuna keç

Filippində liseydə baş verən atışmada üç şagird ölüb

Filippində orta məktəbdə baş verən atışmada üç şagird ölüb, beş nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, Filippin polisi San Jose Milli Liseyində baş verən atışmanı iki kişi şübhəlinin törətdiyini bildirib.

Səlahiyyətlilər hadisə nəticəsində üç şagirdin öldüyünü, beşinin isə yaralandığını bildiriblər.

Polis hücumla bağlı iki şübhəlinin saxlanıldığını, onlardan birinin orta məktəbin şagirdi olduğunu bildirib.

Polis məktəb ətrafında təhlükəsizlik tədbirlərini artırmaq üçün əraziyə əlavə qruplar göndərib.

1500-dən çox şagirdin oxuduğu liseydə baş verən atışmanın səbəbi araşdırılır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…