Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 11:47

Unudulmaz bəstəkar Bəhram Nəsibov!-DOĞUM GÜNÜDÜR

…Mahnısına erməni adını salmadığına görə yataqxanadan qovulan, “Sən də həmdəm, mən də həmdəm”, “Səni qəmli görəndə”, “Ay gecikən məhəbbətim” mahnılarının bəstəkarı Bəhram Nəsibovun (1942-1998) doğum günüdür. İlk mahnısı “Qarabağ” dillər əzbəridir.

Bundan sonra “Var gülüşündə”, “Şahnaz” təsnifi kimi məşhurlaşan “Deyin hardadır”, “Səni qəmli görəndə”, “Bəxtəvər gəlin”, “Ay gecikən məhəbbətim”, “Qurban olum”, “Sən güləndə”, “Ay qız”, “Xatirəsən”, “Gəl inad etmə” və digər mahnılarını yazıb. İnstitutda təhsil alarkən qaldığı yataqxananın komendantı erməni imiş. Bir gün Bəhram yataqxananın dəhlizində ilk mahnısı “Qarabağ”ı ifa edir. Komendant ona yaxınlaşıb mahnıya erməni qəhrəmanlarının da adlarını daxil etməyi tapşırır. Bəhram isə sərt şəkildə deyir: “Qarabağa aid mahnıda niyə erməni qəhrəmanın adı olmalıdır?” Bu sözlərdən əsəbiləşən komendant ona bir də mahnı oxumamağı tapşırır və onu yataqxanadan qovur. 1970-ci ildə “Şahnaz” ansamblının yaradıb, bədii rəhbər kimi fəaliyyət göstərir. Fortepiano, tar və gitarada yaxşı ifa etməyi bacaran bəstəkar ömrünün sonuna qədər 300-ə qədər mahnı bəstələyib. Bu mahnılarının əksəriyyətinin sözləri isə onun özünə aid olub.

Bəhram Nəsibovun mahnıları uzun illər dillər əzbəri olsa da, heç kim bu mahnıların yaradıcısının o olduğunu bilməyib. Çünki onun musiqi təhsili yox idi və o dövrdə musiqi təhsili olmayan şəxsin öz adını bəstəkar kimi çəkməsinə icazə verilmirdi. Dörd övladı olan Bəhram Nəsibov 1993-cü ildə Füzulinin işğalından sonra bərk sarsılır və beyin qan sızması keçirərək 52 yaşında yatağa düşür. Beş il yataq xəstəsi olan bəstəkar, şair, tarzən və gitaraçı Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.

Anar Tağıyev,

tədqiqatçı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!