21-22 iyun tarixlərində Ukrayna Silahlı Qüvvələri Moskva vilayətindəki “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib. Ukrayna Storm Shadow raketləri ilə Voronejə də zərbə endirib. Hədəf daha əvvəl Qəbələdə yerləşən “Daryal” RLS-in alternativi olan “Voronej” RLS olmasi ehtimalı böyükdür.
Krasnodar diyarındakı Kavkaz limanının infrastrukturuna və Ukraynanın cənubundakı Rusiya qoşunlarını təmin edən iki avtomobil bərəsinə də ciddi ziyan vurulub. Bərəkət yanır.
Krımda yerləşən FTX-nin Dövlət Sərhəd Xidmətinin binası da vurulub.
Rusiyanın hava hücumlarından müdafiə qoşunları Ukrayna tərəfimdən həyata keçirilən kütləvi dron hücumlarının təzyiqinə tab gətirmir.
Ciddi şəkildə qorunan kosmik rabitə stansiyasının və qlobal miqyasda fəaliyyət göstərən RLS-lərin eyni gündə Ukrayna tərəfindən vurulması, rus ordusunun rabitə və hava məkanına nəzarət imkanlarını kifayət qədər məhdudlaşdıracaq. “Voronej” radarı Rusiyanın Raket Hücumundan Erkən Xəbərdarlıq Sisteminin bir hissəsidir. Bu RLS üfüqdən kənarda yerləşən ballistik və qanadlı raket buraxılışlarını aşkar etmək, kosmik obyektləri və aerodinamik hədəfləri (təyyarələr və dronlar da daxil olmaqla) izləmək və raketdən müdafiə sistemləri üçün hədəf təyinatlarını təmin etmək üçün nəzərdə tutulurdu.
“Dubna’ Peyk Rabitə Mərkəzi isə peyk rabitəsi və televiziya-radio yayım kanallarının fəaliyyətini təmin etməklə bərabər hökumət rabitəsini təmin edirdi. Rusiya rəhbərliyinin məhz “Dubna” mərkəzi vasitəsilə digər qitələrdə yerləşən xarici ölkələrin rəhbərləri ilə rabitə əlaqəsi təmin olunurdu.
Ukrayna ordusu Rusiyanın əməliyyat dərinliyində yerləşən strateji əhəmiyyətli obyektlərə dron zəebələri, bu müharibənin keyfiyyət və kəmiyyət baxımından yeni bir mərhələyə keçdiyini göstərir. Mövcud hücum templərinin saxlanılması və Rusiyanın mühüm əhəmiyyət və funksiyalar yerinə yetirən unikal obyektlərinə zərbələrin davam etməsi, Kremlin danışıqlar prosesinə daha isti yanaşması barədə ehtimallari bir qədər də artiracaq.
Qəhrəman Ukrayna ordusu Rusiya işğalı ilə barışmır, ona qarşı sarsılmaz iradə nümayiş etdirir, döyüşür, sona qədər mübarizə aparır və ciddi nəticələr əldə edir.
Ədalət Verdiyev,
hərbi ekspert