23 İyun 2026 / 09:45

ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-da Sahil Mühafizəsinin helikopteri Alyaskanın Sitka şəhərində təlim uçuşu zamanı qəzaya uğrayıb, göyərtədəki dörd nəfərin hamısı sağ qalıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) məlumatına görə, MH-60 Jayhawk Sahil Mühafizəsinin helikopteri Sitka Sahil Mühafizəsi Hava Bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, 4 ekipaj üzvünün hamısı sağ qalıb və yaxınlıqdakı xəstəxanaya aparılıb.

Açıqlamada əlavə edilib ki, ölüm hadisəsi qeydə alınmayıb və rəsmi araşdırma aparılacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!