Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, eləcə də “Azərbaycan Respublikasının gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” metodika barədə məlumat verilib.
Bununla yanaşı, sahibkarlara gömrük-biznes anketlərinin doldurulması qaydası ətraflı izah olunub, onların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.