23 İyun 2026 / 14:49

Xalq artisti Həsən Turabov nişanlısını necə qaçırmışdı?

…İlk məhəbbəti uğurlu olan, nişanlısını qaçıran Xalq artisti Həsən Turabovun sevgi hekayəsi: Həsən və Solmaz bir orta məktəbdə oxuyub, bir-birlərini seviblər. Elçilik vaxtı Həsən Turabovun ailəsi “Biz rayondan qız almarıq, öz qohumlarımızdan qız alacağıq”, – deyirlər. Lakin Həsən “Mən ancaq bu qızı alacam”, – deyə irad bildirib. Elçiliyə gedəndə isə qız evi “Biz bakılıya qız vermirik”, – deyir. Lakin cütlük bir-birini çox sevdiyindən valideynlər gəncləri nişanlamağa məcbur olublar. Gənclər iki il nişanlı qalır, bir gün Solmazın atası fikrindən daşınıb, nişanı qaytarmaq istəyir. Cütlük bir-birini o qədər sevir ki, valideynləri onları ayıra bilmir. Belə olduqda Həsən Turabov nişanlısını qaçırır. Həsən Turabovun xanımı Solmaz Qasim bəy Zakirin nəticəsi idi. Həsən Turabovla qaynatasının münasibətlərində əvvəllər soyuqluq olsa da, aktyor evlilikdən sonra onlara elə hörmət edir ki, qaynata və qaynanası “Həsən bizim oğlumuzdur”, – deyir. Qaynatası dünyasını dəyişəndə Həsən Turabov onun dəfn mərasimini elə təşkil edir ki, hamı elə bilir, Həsən Turabov onun oğludur.
Aktyor xanımını o qədər sevib ki, hətta xarici ölkəyə gedəndə evə zəng edib, “Axşam qayıdacam”, – deyirmiş. Xanımı isə ona “axı indi getmisən”, – deyə təəccüblənirmiş.
Həsən Turabov isə “Sənsiz darıxıram”, – cavabını verirmiş.
 Aktyor xanımına qarşı qısqanc olub. Heç vaxt razı olmayıb ki, Solmaz xanım işlədiyi məktəbə piyada getsin. Solmaz xanım teatra az gəlib, bununla belə Həsən Turabovun tamaşalardakı sevgi epizodlarında həyat yoldaşını qısqanmayıb: “Mən bilirdim ki, aktyora ərə gedirəm”.
Anar Tağıyev,
Tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!