23 İyun 2026 / 19:56

Sahra İşıkdan xəyanət iddiası: Gözlər məşhur aktrisaya çevrildi

Keçmiş “Survivor” iştirakçısı Sahra İşık sosial şəbəkədəki açıqlamaları ilə maqazin gündəmini həyəcanlandırıb.

Tezadlar.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İşık keçmiş həyat yoldaşı İdris Aybirdinin ona xəyanət etdiyini bildirib.

İşık “Kızılcık Şerbeti” serialının aktrisalarından biri ilə aldadıldığını iddia edib.

Sahra İşık həmin şəxsin adını açıqlamasa da, “Eyni masada oturduğum, sosial şəbəkədə izlədiyim biri” sözləri ilə diqqət çəkib. Bu paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri müxtəlif ehtimallar irəli sürməyə başlayıblar.

İddialardan sonra bəzi sosial media istifadəçiləri həmin şəxsin serialın yeni mövsümündə rol alan və “Başak” obrazını canlandıran Seray Kaya ola biləcəyini yazıblar. Lakin bununla bağlı hər hansı rəsmi təsdiq və ya açıqlama verilməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!