Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin Krımda keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kerç yaxınlığındakı Hava Hücumundan Müdafiə sistemləri, eləcə də “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturu hədəfə alınıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, “Saki” hərbi aerodromunda aviasiya texnikasının saxlanılması üçün istifadə olunan dörd anqar vurulub, “Qvardeyskoye” hərbi aerodromunun infrastrukturuna isə zərbələr endirilib. Kerç yaxınlığında isə S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan iki sistem, iki “Pantsir-S1” zenit-raket-top kompleksi məhv edilib. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya ordusu Krım səması üzərində nəzarəti itirir: “Məhv edilən hər bir Hava Hücumundan Müdafiə sistemi və vurulan hər bir hərbi aerodrom Ukraynanın növbəti zərbələri üçün yeni imkanlar yaradır”.