Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 16:09

İsrail bu məsələdə ABŞ tələb etsə də rədd edəcək – “200 min Livan sakini geri qayıda bilməz”…

ABŞ tələb etsə belə İsrail Müdafiə Qüvvələri (İMQ)  Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəklər.

Bu barədə İsrail Müdafiə naziri İsrael Katz bildirib.

“ABŞ tələb etsə belə, biz Livanın cənubunu tərk etməyəcəyik. 200.000 Livan sakini geri qayıtmayacaq. Sakin yoxdur, terrorçu yoxdur.

Niyə? Çünki keçmişdə mülki şəxslərin də yaşadığı təhlükəsizlik zonalarında əsgərlərə qarşı partlayışlar və terror hücumları olub, ona görə də biz buna icazə verməyəcəyik”, – deyə Katz bildirib.

Xatırladaq ki, bazar ertəsi günü İsrail Baş naziri Binyamin Netanyahu İMQ-nin təhdidlərin qarşısını almaq üçün Livanın cənubuna tam nəzarət etdiyini və lazım olduğu qədər təhlükəsizlik zonasında qalacağını bildirib.

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!