Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ tələb etsə belə İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcəklər.
Bu barədə İsrail Müdafiə naziri İsrael Katz bildirib.
“ABŞ tələb etsə belə, biz Livanın cənubunu tərk etməyəcəyik. 200.000 Livan sakini geri qayıtmayacaq. Sakin yoxdur, terrorçu yoxdur.
Niyə? Çünki keçmişdə mülki şəxslərin də yaşadığı təhlükəsizlik zonalarında əsgərlərə qarşı partlayışlar və terror hücumları olub, ona görə də biz buna icazə verməyəcəyik”, – deyə Katz bildirib.
Xatırladaq ki, bazar ertəsi günü İsrail Baş naziri Binyamin Netanyahu İMQ-nin təhdidlərin qarşısını almaq üçün Livanın cənubuna tam nəzarət etdiyini və lazım olduğu qədər təhlükəsizlik zonasında qalacağını bildirib.
JASMİN