Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 16:33

Tramp şərt kəsdi: “İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə…”

“İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir…”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etmir və almır. Əgər bu məlumat doğru olmasa, danışıqlar dərhal dayandırılacaq”. Tramp vurğulayıb ki, ABŞ tərəfindən İrana heç bir vəsait verilməyib və ya sərbəst istifadəsinə buraxılmayıb: “ABŞ İrana heç bir pul verməyib. Biz onların vəsaitlərinin bir hissəsini tam nəzarətimiz altında olmaqla, qarğıdalı, buğda, soya və digər məhsulların alınması üçün amerikalı fermer və heyvandarlardan alışlara yönəldəcəyik”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!