…Az əvvəl YDM dən yanacaq aldım. Tam bitmək üzrə idi. Nağd vəsaitim də yox idi. Yanacaq aldıqdan sonra ərzaq dükanına girdim. 3.50 AZN-lik alış zamanı kassir kartda vəsait olmadığını dedi. Hansı ki, 70 AZN-ə yaxın balansım qalmışdı. Azərbaycan Beynəlxalq Bankın terminalına yaxınlaşdım. Balans təmamilə cızılmış, -84.36 AZN də borc yaranmışdı. Getdim ABB-nin filialına məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq insanların vəsaitləri silinib. Bu nə deməkdir bilirsiniz? Ölkənin ən nəhəng bankı, o bank ki, dövlət büdcəsinin yarıdan çoxu bu bankdadır. Bir anlıq baş verən bu texniki problemə görə ölkə iqtisadiyyatına nə qədər ziyan dəyib təsəvvür etmək belə olmur. Niyə ölkənin ən nəhəng bankı İT təhlükəsizlitini normal qura bilmir? Bankdan silinən vəsaitlərin sabah geri qaytarılacağın dedilər. Bəlkə bir insana təcili tibb xidmətə görə vəsait lazımdır… Bəlkə kimi ifadə edib yüzlərlə misal çəkmək olar.
Bu sadə məsələ deyil. Kim cavabdehdirsə, cəzalanmalıdır.
Razi Abasbəyli,
Politoloq
Redaksiyadan: Jurnalist İlhamə Qasımlı isə yazır: “Azərbaycan Beynəlxalq Bankında nə baş verib? Hesabımda 5-10 manat varkən, niyə mənfi 794 manat göstərir?”.