Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 20:25

Türkiyəli müğənni 26 kilo çəki atıb

Türkiyəli müğənni Gizem Tuncer son vaxtlar verdiyi çəkilərlə yenidən diqqət mərkəzinə düşüb.

Tezadlar.az Türkiyə KV-nə istinadla xəbər verir ki, müğənni ümumilikdə 26 kilo arıqladığını açıqlayıb.

O, arıqlama prosesində ən çox yumurta istehlak etdiyini və qidalanmasında zülalla bol olan məhsullara üstünlük verdiyini bildirib.

 

“Bəzən tox tutsun deyə 4-5 yumurta yeyirdim”, – deyən Tuncer müntəzəm idmanla məşğul olduğunu bildirib.

Müğənni arıqlamağın asan olmadığını vurğulayaraq həyatında keçirdiyi çətin günlərdən də danışıb. O, ötən il nənəsini itirdikdən sonra ağır psixoloji dövr yaşadığını, həmin vaxt qidalanma pozuntusu ilə üzləşdiyini, lakin sonradan bu vəziyyətdən çıxa bildiyini söyləyib.

Tuncer arıqlama iynəsi istifadə etməsi ilə bağlı iddialara da münasibət bildirib. O, bir müddət bu üsuldan yararlandığını, lakin səhhətində problemlər yarandığı üçün istifadəsini dayandırdığını qeyd edib:

“Arıqlama iynəsi ilə arıqlamağa çalışdım, sonra səhhətimdəki problemlərə görə dayandırdım”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!