Venesuelanın daxili hissəsində 7.1 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Venesuelanın Karabobo əyalətindəki Montalbandan 28 kilometr şimal-qərbdə, Rixter şkalası ilə 7.1 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələ 13.2 kilometr dərinlikdə baş verib.
Sosial mediada paylaşılan görüntülər göstərir ki, ən böyük təsir episentrə yaxın ərazilərdə və Venesuelanın paytaxtı Karakasda hiss olunub.
İtki və ya maddi ziyanla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Zəlzələnin şiddətinə görə zəlzələ qonşu Kolumbiyanın bir çox bölgəsində, o cümlədən Santander, Boyaka, Sezar, Meta və paytaxt Boqotada hiss edilib.
Kolumbiyanın müxtəlif bölgələrində hiss olunan zəlzələdən sonra Milli Fəlakət Risklərinin İdarə Edilməsi Assosiasiyası (UNGRD) ölkənin Karib dənizi sahillərində sunami təhlükəsi olmadığını açıqlayıb.
E.ŞİRİNOV







