Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və RM ART Studionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində Lənkəranda 35 müxtəlif yaş qruplarında olan rəssamlarla etüd – ekskursiya həyata keçirildi.
Rəssamlar Lənkəran şəhərinin gözəl mənzərələrini kətan üzərinə köçürüb, şəhərdə ekskursiya etdilər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüdlərin həm rəssamların inkişafında, həm bölgələrimizin gənclərə tanıdılmasında, həm də vətənpərvər gənclərin yetişməsində əhəmiyyətindən bəhs etdi.
Sonra sözü RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudovaya verdi.
Rəsmiyyə xanım RM Art Studio kollektivinin etüdlərə xüsusi önəm verdiyini, bugünkü Lənkəran etüdlərinin də onların həyatında unudulmaz bir iz buraxacağını bildirdi.
Tədbirdə, eyni zamanda Lənkəran İncəsənət Məktəbinin müəllimi Günay Talışinskaya, dəyərli ziyalımız Elazə Ağayeva, Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova, rəssam, pedaqoq Zeynəb Allahverdili fəxri qonaq olaraq iştirak edirdilər.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.
AYGÜN