26 İyun 2026 / 11:07

Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyası yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!