Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Krım rəhbərliyi məlumat yayıb. Bildirilib ki, Krım və Sevastopolda regional xarakterli fövqəladə vəziyyət elan edilib. Qərar əsasən, iqtisadi məsələləri tənzimləmək üçün verilib. Respublika rəhbəri Sergey Aksyonov bildirib ki, fövqəladə vəziyyətin hüquqi statusu əhalinin dolanışığını dəstəkləyən bütün sektorların sabit fəaliyyəti ilə bağlı məsələlərin ən sürətli həllinə imkan verir.
Qeyd edək ki, regionda bir müddətdir yanacaq böhranı yaşanır. Ukrayna tərəfi Rusiyanın Krım və Sevastopolu yanacaqla təmin etməsinə imkan vermir. Regiona gedən bütün yanacaq təminatı Ukrayna dronlarının hücumuna məruz qalır.