Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Son 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib”.
Bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov mediaya müsahibəsində deyib. Rəis bildirib ki, xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir: “Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd olunan statistika məni heç də sevindirmir. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var. Bir daha da vətəndaşlarımızı eləcə də, mətbuat nümayəndələrini Xidmətlə bağlı məlumatlar ictimailəşdirilərkən obyektiv olmağa çağırmaqla yanaşı, əmin etmək istəyirəm ki, Xidmətə daxil olan hər bir məlumat araşdırılır, nəticədə müvafiq qaydada qərarlar qəbul olunur”.