29 İyun 2026 / 07:40

Canımızdan keçərik, Türkiyədən keçmərik!

…Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından və qondarma “erməni soyqırımı” nağıllarından əl çəkmək məqsədi ilə yeni konstitusiya qəbul etmək üçün addımlar atdığı bir vaxtda İsrailin qondarma “erməni soyqırımını” tanımaq qərarı kökündən yanlışdır. Yəqin ki, Ermənistanin baş naziri Türkiyə və Azərbaycan arasında normallaşma prosesinə ziyan vuracaq bu qərara əvvəlcə qapalı, nəticə olmasa açıq bəyanatla etiraz edəcək.
Təbii ki, İsrailin bu fəaliyyətləri Türkiyənin Qəzza və İrana verdiyi siyasi və diplomatik dəstəyə görə yaranan gərgin münasibətlərlə birbaşa əlaqəlidir. İstənilən halda İsrailin bu qərarı Türkiyə münasibətləri daha da gərginləşdirəcək, Azərbaycan ilə münasibətləri isə ziddi şəkildə korlayacaq.
Digər tərəfdən isə bu qərar İsrailin özünə də ziyan vuracaq. Yəhudilər uzun illər əllərində inamla saxladığı rəqibsiz “Holokost” kartını itirmiş olacaqlar.
Belə bir qərarın qəbul edilməsini İsrail rəhbərliyinə təklif edən quşbeyinlər yəqin ki, 1918-ci ilin mart-iyul aylarında erməni-daşnak və bolsevik silahlı dəstələrinin Quba qəzasında dinc azərbaycanlılarla bərabər digər xalqlara, o cümlədən yəhudilərə qarşı törətdiyi kütləvi qırğın, soyqırım və etnik təmizləmə aktlarını unudublar.
Türkiyə və Azərbaycan isə İsrailin bu qərarından heç nə itirməyəcək. Amma İsrail yəhudilərin ən təhlükəsiz yaşadığı Azərbaycanı, dünyada, İslam aləmində və regionda söz sahibi olan ölkəni, həm də onun vətəndaşlarının itirəcək. Əgər İsrail bu qədər itkini gözə alırsa, buyursun. İndiyə qədər müxtəlif illərdə 30 olkə qondarma “erməni soyqırımını” tanıyıb. Sözügedən iddiaları tanıyan dövlətlərin tam siyahısı aşağıdakı kimidir:
Avropa ölkələri: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İtaliya, Kipr, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə və Vatikan.
Amerika qitəsi: ABŞ, Argentina, Boliviya, Braziliya, Çili, Kanada, Meksika, Paraqvay, Uruqvay və Venesuela.
Yaxın Şərq və digər ölkələr: Livan və Suriya.
Bu ölkələrin əksəriyyəti hazırda Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşıdır. Azərbaycandan neft və qaz, Türkiyədən silah almaq üçün növbəyə düzülən ölkələrin qəbul etdiyi qərarlar nə suyumuz kəsib, nə də çörəyimizi. Rəsmi və qeyri rəsmi görüşlərdə həmin ədalətsiz qərarları kimsə yada da salmır. ABŞ, Rusiya, İtaliya, Polşa, Çexiya, Slovakiya və s. kimi ölkələrin rəhbərləri bənzər qərarlara baxmayaraq bu gün Türkiyə və Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə çalışırlar.
İsrail rəhbərliyi də bəzi məqamlarda, xüsusilə də adıçəkilən qərarın qəbulunda çox diqqətli olmalı, bütün körpüləri “yandırmaqdan” çəkinməlidir, Azərbaycanı seçim qarşısında qoymamalıdır.
İsrail bizim müttəfiqimizdir, pulunu verib ondan kimsəyə satmadığı silahları almışıq, amma Türkiyə bizim təmənnasız və tək can qardaşımızdır.
Canımızdan keçərik, Türkiyədən keçmərik!
Ədalət Verdiyev,
Hərbi ekspert
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!