Deyəsın, ABŞ və İran nümayəndələri Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün 30 iyunda Dohada qarşılıqlı atəşkəs və məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, “Axios”un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Sitat: “ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün çərşənbə axşamı Qətərin paytaxtında görüşməyi planlaşdırdıqları üçün bir-birinə atəşkəs barədə razılığa gəliblər”.
Bəs görəsən, bu dəfə atəşkəsin ömrü nə qədər olacaq?







