Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 09:58

Malayziya itkin düşmüş təyyarənin axtarışından əl çəkmir…

Aradan 12 il keçməsinə baxmayaraq, hətta təyyarənin qalıqları belə hələ tapılmayıb. Malayziya hökuməti itkin düşmüş təyyarənin axtarışını daha bir il davam etdirmək qərarına gəlib.

Malayziya 2014-cü ildə 227 sərnişin və 12 heyət üzvü ilə yoxa çıxan Malayziya Hava Yollarına məxsus təyyarənin axtarışından əl çəkmir.

Tezadlar.az xəbər verir ki, Malayziyanın nəqliyyat naziri axtarış səylərinin daha bir il davam edəcəyini açıqlayıb.

Qalıqlar tapılarsa, axtarışı aparan şirkətə 70 milyon dollar qazandırılması planlaşdırılır.

İtkin düşmüş təyyarənin axtarış səyləri əvvəllər dayandırılmışdı, lakin Malayziya onları 2025-ci ilin dekabrında Hind okeanında yenidən başladıb.

Qeyd edək ki, 2014-cü ildə Malayziyadan Çinə gedərkən havaya qalxan təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra baş tutub.

Təyyarənin okeana düşdüyü güman edilən ərazilərdə aparılan axtarış əməliyyatları “aviasiya tarixində ən bahalı axtarış-xilasetmə əməliyyatı” kimi qeydə alınıb.

Bir neçə fraqmentdən başqa, təyyarənin heç bir əsas izi tapılmayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!