Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 08:27

Türkiyədən İsrailin qondarma “erməni soyqırımı”nı tanıma qərarına kəskin reaksiya

Ötən gün Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmən tanımaq barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyən bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, xarici siyasət idarəsi İsrailin bu addımını öz cinayətlərini ört-basdır etmək cəhdi kimi qiymətləndirib: “Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli şəkildə zülm edən və Qəzza əhalisinə qarşı soyqırımı törətmək ittihamı ilə BMT-nin Beynəlxalq Məhkəməsində mühakimə olunan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini gizlətməyə çalışır. Hüquqi və tarixi faktlara məhəl qoymayan bu bədxah təşəbbüs, fələstinlilərə qarşı törədilmiş cinayətlərlə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinin araşdırması çərçivəsində barələrində həbs qətiimkan tədbiri çıxarılan Netanyahu və onun ortaqlarının düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə ortaya qoyur”.

Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ankara rəsmi Təl-Əvivin regiondakı dağıdıcı fəaliyyətinə qarşı mübarizəni davam etdirəcək: “Türkiyə İsrailin regiondakı ekspansiyonist və sabitliyi pozan siyasətinə son qoymaq, habelə Netanyahu hökumətinin mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək”.

Xatırlatma: ki, İsrail hökuməti yekdilliklə qondarma “erməni soyqırımı”nın rəsmən tanınmasının lehinə səs verib. Müvafiq qətnaməni Nazirlər Kabinetinin səsverməsinə ölkənin xarici işlər naziri Gideon Saar təqdim edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!