…Pul verib övladlarımızı öldürürük. Deyirik ki, şəhid edin! Deyirik ki, ermənilərə dəstək olun!
Bir həftədir Sabirabaddayam- rayonda. Məhərrəmlik ayı və Aşura törənlərinə şahidlik edirəm. Sabirabaddakı kəndimizdəki məsciddə iki dəftər var. Biri məscid üçün pul toplanan dəftər, o biri kəndimizdəki “Ehsan evi” üçün pul toplanan dəftərdir.
İmamın 7-ə qədər pul toplayacaqlar. 10 manat məscidin büdcəsinə, 10 manat da “Ehsan-məclis” evinin inşasına toplanır. İkinci ilə işim yoxdur. İkinciyə mən də dəstək olacam. Şəkil, video paylaşacam. Tezliklə inşası başa çatsın.
Amma birinci Məscid üçün toplanan pulladır işim. O toplanan pullar hara gedir? Məsələn, bizim kənddə İmam üçün məsciddə 7 gün ehsan verilir. Quzu əti qovurması, təzə tərəvəzlər, ayran, lavaş. Sual verirəm ki, niyə bizim rayonda yas məclislərində yemək ehsanı qadağan edilibsə, məsciddə 7 gün niyə yemək verilir? Cavab yoxdur.
Sual verirəm ki, məsciddə toplanan vəsaitin hesabatı verilirmi? Cavab yoxdur!
Məhərrəmlik ayında məscidlərdə toplanan vəsaitlər kəndlərdən rayonlara, ordan Bakıya və daha sonra da fars-molla rejiminə daşınır.
On illərdir ki, bu mexanizm işləyir.
Fars-molla rejimi də 30 ildir ki, yurdumuzu işğal altında saxlayan ermənilərə dəstək olur. 44 Günlük Vətən Savaşında da ermənilərə dəstək verir.
Biz burda “Məhərrəmlik ayı”nda məscidlərdə pul toplayıb fars-mollalarını bəsləyirik. Onlar da işğalçı, separatçıya dəstək olurlar!
Bizim övladımız, qardaşımız şəhid olsun deyə pul toplayırıq!
Erməniyə dəstək olan molla güllə, mərmi pulu kimi bizim pulumuzla bizim övladımızın canına qəsd etsin deyə.
Artıq zamanıdır. Bu mexanizmi kökündən sökmək lazımdır.
Dinimizi alətə çevirib, İmam Hüseyn sevgisi ilə balalarımıza te..rror edənlərin şəbəkəsini dibindən sökmək lazımdır!!!