Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2026 / 07:52

Bayırşəhərdə evinin zorla uçurulmasına etiraz edən qadın avtobus yolunda yerə oturdu- FOTO

Bayırşəhərdə tarixi abidələri söküb yerindı nə tikiləcəyini bildirməyən Bakı Meriyasının işçiləri sakinlərin əsəblərini hər gün tarıma çəkir. Bayırşəhərdəki qədim binaların əsassız sökülməsinə etiraz edən hüquq müdafiəçisi Zahidə Əzizova “Təzadlar”a bildirdi ki, bu işdə daha çox Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov rol oynayır. Bu dəfə isə onun əmri ilə evinin damı qanunsuz sökülən, buna qəti etiraz edən Tatyana Nikolayevna bu qanunsuzluğa dözməyərək və müraciət etdiyi aidiyyatı qurumlardan kömək olmadığını gördüyündən, çıxış yolunu maşınların hərəkət etdiyi yolda oturaraq ədalət tələb etməkdə görüb.
Təəssüflər olsun, “Təzadlar”a edilən şikayətlərin birini araşdırarkən məlum olmuşdur ki, Zülfəli İsmayılov sakinlərə reallıqdan uzaq olan qiymətlər təklif etdiyindən bu tip narazılıqlar ortaya çıxır. Hətta o da məlum olmuşdu ki, məcburən razılaşan sakinin mənzili uçurulsa da, sonradan başqa bir şəxsin adına sənədləşdirilib ki, gələcəkdə daha real qiymət yazılsın, pulu mənimsənilsin.
Etirazlar isə belə süni əməllərdən qaynaqlanır.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!