Bayırşəhərdə Vidadi küçəsi- 62 ünvanında yerləşən tarixi binanın sakinləri evlərindən çıxarılma və memarlıq abidəsinin dağıdılması təhlükəsi ilə üzləşiblər. Bu barədə hüquq müdafiəçisi Zahidə Əzizova “Təzadlar”a bildirdi. Sitat: “Bu bina 1893-cü ildə tikilmişdir və rəsmi olaraq yerli əhəmiyyətli memarlıq abidəsidir (inv. № 3529) və bu status Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin məktubu ilə təsdiqlənir. Buna baxmayaraq Şəhər İcra Hakimiyyətinin Komissiyası binanın abidə olmadığını iddia edir. Sakinlərə verilən açıqlamada binanın bitişikdəki digər tarixi rəsmi abidənin bərpasına mane olduğu və bu səbəbdən sökülməli olduğu qeyd edilib. AR Mədəniyyət Nazirliyi Bayırşəhərdə baş verən tarixi vandalizmin qarşısını almaq üçün sizi təcili tədbirlər görməyə çağırırıq”, -deyə Z.Əzizova bildirdi…
Əlavə şərhə ehtiyac varmı?
A.Məmmədli