1 İyul 2026 / 13:57

“Qurtuluş”un rəhbəri Ceyhun Salmanov həbsdən canını qurtardı

Bu gün “Qurtuluş” Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Tezadlar.az xatırladır ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!