Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 433,655 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53,945 milyon ABŞ dolları və ya 11,06 % azdır.
Tezadlar.az xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 25,55 % payla “SOCAR Polymer” MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
|
Şirkət |
2026-cı ilin yanvar-may aylarında ixracın həcmi (milyon ABŞ dolları) |
2025-cı ilin yanvar-may aylarında ixracın həcmi (milyon ABŞ dolları) |
Faiz fərqi |
|
“SOCAR Polymer” MMC |
110,8 |
106,6 |
3,94% |
|
“AzerGold” QSC |
107,6 |
81,9 |
31,38% |
|
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
84,6 |
183,9 |
2,2 dəfə |
|
“Azəralüminium” MMC |
81,8 |
54,4 |
50,37% |
|
“Azərpambıq ASK” MMC |
29,6 |
17,3 |
71,1% |
|
SOCAR-ın Qaz İxrac İdarəsi |
7,6 |
34,5 |
-77,97% |
|
“Azərbaycan Hava Yolları” QSC |
6,1 |
6,6 |
-7,58% |
|
“AzərEnerji” ASC |
4,7 |
2,4 |
95,83% |
|
MMC “SOCAR CAPE” |
0,43 |
0 |
– |
|
MMC “Naxçıvan Enerji” |
0,425 |
0 |
– |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 16,6 % artaraq 1,5 milyard ABŞ dollarına çatıb