1 İyul 2026 / 23:08

Dövlət şirkətlərinin qeyri-neft ixracı 11 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 433,655 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53,945 milyon ABŞ dolları və ya 11,06 % azdır.

Tezadlar.az xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 25,55 % payla “SOCAR Polymer” MMC başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:

Şirkət

2026-cı ilin yanvar-may aylarında ixracın həcmi (milyon ABŞ dolları)

2025-cı ilin yanvar-may aylarında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

“SOCAR Polymer” MMC

110,8

106,6

3,94%

“AzerGold” QSC

107,6

81,9

31,38%

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

84,6

183,9

2,2 dəfə

“Azəralüminium” MMC

81,8

54,4

50,37%

“Azərpambıq ASK” MMC

29,6

17,3

71,1%

SOCAR-ın Qaz İxrac İdarəsi

7,6

34,5

-77,97%

“Azərbaycan Hava Yolları” QSC

6,1

6,6

-7,58%

“AzərEnerji” ASC

4,7

2,4

95,83%

MMC “SOCAR CAPE”

0,43

0

MMC “Naxçıvan Enerji”

0,425

0

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 16,6 % artaraq 1,5 milyard ABŞ dollarına çatıb

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!