Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecı Rusiya ordusunun Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub. Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.
Ukrayna prezidenti Vladimir Zelenski isə açıqlamasında mülki obyektlərə bu tip hücumu vandalizm adlandırıb və eyni cavabı bu gecə Moskvanın alacağını bəyan edib.
A.Məmmədli