2 İyul 2026 / 07:13

DÇ-2026: ABŞ millisi qalib gələrək 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib. Tezadlar.az İTV- nin canlı efirinə istinadla xəbər verir ki, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar. Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək. Komandanın baş məşqçisi jurnalistlərə açıqlamasında bu oyunda da qalib gələcəklərinə inandığını bildirib.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!