Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2026 / 10:37

Sabunçunun Pirşağı qəsəbəsində pişiklərə “atalıq qayğısı”- ZİBİL BOL OLARSA…

Əhalidən “zibil pulu” adı altında vəsait yığılırsa, cavabdeh qurum vicdanını ortaya qoymalı deyilmi?!
Budur, bu şikayət “Təzadlar”a göndərilib. Vətəndaş-sakin yazır:
“Hörmətli Sabunçu rayon İcra Hakimiyyətinin rəhbərliyi və ABAD İçtimai Birliyi!
Mən Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsində, 10 nömrəli internat məktəbinin yaxınlığında yaşayan sakin kimi, məişət tullantılarının yığılmaması ilə bağlı Sizə müraciət edirəm.
Yaşadığımız ərazidə məişət tullantılarının yığılması xidmətinə görə sakinlərdən müntəzəm olaraq ödəniş alınmasına baxmayaraq, zibillər uzun müddət yığılmır. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır, xoşagəlməz qoxu yayılır, ətraf mühit çirklənir və bu hal həm sakinlərin gündəlik həyatına, həm də sağlamlığına mənfi təsir göstərir.
Bu problemlə bağlı dəfələrlə bələdiyyə əməkdaşlarına müraciət etmişik. Bizə bildirilib ki, məsul quruma dəfələrlə məlumat verilsə də, tullantıların yığılması üçün gələn olmur. Hətta bələdiyyə əməkdaşları bu məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etməyimizi tövsiyə ediblər. Biz bütün sakinlər hesab edirik ki, xidmət haqqı toplandığı halda tullantıların vaxtında yığılmaması sakinlərin haqlı narazılığına səbəb olur və aidiyyəti qurumların bu məsələyə daha məsuliyyətlə yanaşmasını zəruri edir.
Sizdən xahiş edirik ki, qeyd olunan məsələ araşdırılsın, məişət tullantılarının müntəzəm şəkildə yığılması təmin olunsun, problemin yaranma səbəbləri müəyyən edilsin və gələcəkdə belə halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülsün. Müraciətimə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmasını və nəticəsi barədə mənə yazılı məlumat verilməsini xahiş edirəm. Sübut olaraq şəkillər də göndərdim. Vəziyyətin hər gün il boyu bundan da pis olduğunu nəzərə alaraq xahiş edirik tədbir görəsiniz. Təşəkkür edirəm!.
Sitatın sonu!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!